Adi bir qan testi ilə xərçəngi təyin etmək mümkündür - Tibbdə İNQİLAB


23:05     03 İyun 2018 18_06_03_1528037241.jpg

Yeni bir qan testi erkən mərhələdə tətbiq edilən bir üsulla ümidverici nəticələr verib.


Femida.az xəbər verir ki, aparılan araşdırmalar bəsit bir qan testi ilə xərçəng xəstəliyinin son dərəcə doğru diaqnozunu qoya biləcəyini ortaya çıxarıb.

Xərçəng hüceyrələrinin DNT parçaları üçün qan yoxlanışınıı ehtiva edən texnologiya "Maye Biobsiya" olaraq da adlandırılır. Nəticələr bizi xərçəngin diaqnozu zamanı yeni və daha doğru uğurlar əldə etməyə yaxınlaşdırır.

Hazırda tibbdə xərçəng diaqnozu qoymaq üçün ən yaxşı üsul laboratoriya analizi üçün xərçəng hüceyrələrindən bir qisminin kəsilib üzərində test aparılmasıdır. Ancaq biopsiya ağrılı olur və xərçəng hüceyrələrinin daha da yayılmasına səbəb verir. Əlavə olaraq, nələrisə kəsmək üçün həmin şişin mövcud olması lazımdır ki, bu da artıq xərçəngin mövcud olması deməkdir.

Buna görə elm adamları daha erkən diaqnoz qoymaq ümidi ilə hər hansı bir cərrahi əməliyyata ehtiyac duymadan da eyni nəticələri verə bilən bir qan testi üzərində işləyiblər. Hüceyrələr tərəfindən qan dövranına daxil edilən DNT parçalarına diqqət yetirdikdə qan ilə xərçəngi tapmaq mümkündür. Buna qan dövranındakı xərçəng DNT-si deyilir.

Son illərdə elm adamları xərçəng diaqnozu qoyulan xəstələrdən alınan nümunələrdən istifadə edərək qan dövranındakı xərçəng DNT-lərini təyin etməyin ən yaxşı yolu üzərində işləyiblər.

Amerika Onkologiya Klinikası Təşkilatının (ASCO) 2017-ci ill yekun toplantısında təqdim edilən ən son layihədə mütəxəssislərin qan dövranındakı xərçəng DNT-lərini araşdırdıqdan sonra əldə etdikləri nəticələr paylaşılıb.

"Memorial Sloan Kettering" mərkəzinin lider araşdırmaçılarından olan Pədram Rəvazi də yeni tapılan üsulun doğru məlumatlar verə biləcəyini təsdiq edib. Komanda layihədə metastatik döş xərçəngi, ağ ciyər xərçəngi və inkişaf etmiş prostat xərçəngi olan 124 xəstədən götürülən qan və toxuma örnəklərindən istifadə edib. Əldə edilən nümunələri 508 fərqli gen mutasiyalarına görə araşdırıb, genlərin bəlli bölgələrini 60 000 dəfə analiz edərək dəyərləndiriblər. Mütəxəssislərə görə, bu üsul digər üsullardan 100 qat daha çox bilgi verir.

Üsulun gerçəkdən də qanda olan xərçəngi üzə çıxarıb-çıxarmayacağını görmək üçün həkimlər əldə olunan nəticələri xəstələrin özünə məxsus olan ağ qan hüceyrələrindən götürülən genetik maddə və toxuma nümunələri ilə qarşılaşdırıblar.

Rəvazi mərhələ haqqında bu sözləri deyib: "Hüceyrəsiz DNT-lər və ağ qan hüceyrələri DNT-ləri ilə apardığımız analizlər xərçəng DNT-sini təyin etməkdə daha çox həssaslıq təmin edir. Bu yanaşma da nadir xərçəng DNT-lərinin parçalarını tapmağımıza yardımçı olur".

Daha həssas DNT testlərinə sahib olmağın böyük bir faydası da xərçəngi biopsiya ilə təyin etməzdən illər əvvəl bütün vücuda yayılacaq zamanı olmadan təsbit edə bilməkdir. (publika.az)

Açar sözlər:

Oxunub: 2411