Azərbaycanlı zəvvarlardan 3-ü xəstəxanadadır
20:55 28 Sentyabr 2015
"Həcc ziyarəti zamanı gün vuran və sağlamlığında digər problemlər yaranan azərbaycanlı zəvvarlardan bir neçəsi hələ də xəstəxanada müalicə olunur. Onların əksəriyyəti yaşlı insanlardır".
Bunu Qafqaz Müsəlmanları İdarəsinin İşlər müdiri, Həcc ziyarəçilərinin qrup rəhbəri Hacı Həmdulla Babayev bildirib.
O bildirib ki, ziyarətin bütün mərhələlərini başa vuran azərbaycanlı zəvvarlar hazırda Məkkə şəhərindədir: "Hacıların arasında eləsi var ki, sağlamlıqlarında yaranan problemlə bağlı müalicə alırlar. Onlar arasında yaşlı insanlar üstünlük təşkil edir. Azərbaycanlı hacıların arasında 85 yaşı olan da var. Buna görə də xəstəliklə bağlı problemlər qaçılmaz olur".
H.Babayev zəvvarlardan 3 nəfərinin xəstəxana şəraitində müalicə olunduğunu bildirib. Qrup rəhbəri onu da bildirib ki, azərbaycanlı zəvvarların ilk qrupu sentyabrın 29-da gecə saatlarından başlayaraq Vətənə dönməyə başlasalar da, müalicə alan zəvvarların növbəsi olmadığından onlar gələ bilməyəcəklər: "Xəstələnən hacılar hələ iki gün də Məkkədə qalmalı olacaqlar". /report/
Oxunub: 530
Oxşar xəbərlər
- Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ
- Azərbaycanlı gənclərdən İrana dəstək aksiyası - Tbilisidə
- Azərbaycanlıların reaksiyası yekdil deyil - Ekspertdən İran hadisələrinə ŞƏRH
- Azərbaycanlı biznesmen və oğlunun meyiti ölkəyə gətirildi - VİDEO
- Azərbaycanlı deputatlar məşhur Liv Hospitalında
- Azərbaycanlı jurnalist faciəvi şəkildə öldü - FOTOLAR
- Azərbaycanlı biznesmen avtobusun qarşısını kəsib, sürücünü bıçaqladı
- Azərbaycanlılar Rusiyada milyonluq kompleks aldı
- Azərbaycanlıların Ermənistandan deportasiyasından 29 il ötür
- Azərbaycanlı biznesmen və oğlu faciəvi şəkildə öldü - FOTOLAR