Binəqədidəki yanğınla bağlı araşdırma başladı


02:04     04 İyun 2018 azerbaycanda%20daha%20bir%20yangin.jpg

Bu gün Binəqədi rayonu, 7-ci mikrorayon, keçmiş ağac emalı zavodunun həyətində işlənmiş rezin şinlərin naməlum səbəbdən yanması nəticəsində havaya qatı tüstü yayılıb.


Femida.az -ın məlumatına görə, hadisə yerinə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunub.

Yanğın yerində monitorinq və araşdırma aparılıb. Mütəxəssislər havaya yayılan qatı tüstü axını ilə əlaqədar havanının çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunə götürüb.

Götürülmüş nümunələr üzərində laborator analiz aparıldıqdan sonra nəticələr barədə məlumat veriləcək.

Nazirliyin əməkdaşları hazırda hadisə yerində araşdırma və monitorinqləri davam etdirir.

Açar sözlər:

Oxunub: 988