65 yaşlı qadın intihar etdi - Müəllim idi


13:05     04 İyun 2018 qadin%20intihar4.jpg

İmişli rayonunda 65 yaşlı müəllimə intihar edib.

Femida.az “Report”a istinadən xəbər verir ki, İmişli şəhər 1 saylı tam orta məktəbin müəllimi, 1953-cü il təvəllüdlü Cəfərova Xanım Qanı qızı sirkə turşusu içərək intihara cəhd göstərib.

O, İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada həkimlərin səyinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb. İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #qadın   #intihar   #müəllim   #İmişli  

Oxunub: 2483