Tbilisidə kütləvi tətil başladı - Metro iflic oldu


14:25     04 İyun 2018 2018/06/metro-tibilis_1528093926.jpg

Tbilisi metrosu əmək haqqının artırılmasını tələb edən maşinistlərin tətili ilə əlaqədar işini dayandırıb.



Femida.az xəbər verir ki, bu haqda Gürcüstanın “Birinci kanalı” bildirib.

“Metrostansiyaların girişində avtobusdan istifadə etmək xahişi ilə plakat yerləşdirilib”, - telekanalın xəbərində deyilir.

Qeyd edilir ki, maşinistlər həmçinin aclıq aksiyasına başlamaq niyyətindədir. Avtobuslar isə bu gün əhaliyə pulsuz xidmət göstərəcəklər.

Maşinistlərin tətil qərarı Tbilisi meri Kaxa Kaladzeni hirsləndirib. Mer onların kifayət qədər maaş aldıqlarını deyib.

Maşinistlər onların bir saatlıq maaşının 7 laridən 10 lariyə qədər artırılmasını tələb edirlər. Metropolitendə təxminən 240 maşinist işləyir.

Femida.az

Açar sözlər: #Tbilisi   #Metro   #Tətil  

Oxunub: 1058