Qalmaqallı təhsil şöbəsinin müdiri işdən çıxarıldı


14:36     04 İyun 2018 2018/06/15280-4584072609_1528026060_1528094898.jpg

Cəlilabad rayon Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edilib.


Femida.az-ın məlumatına görə, müvafiq əmrlə şöbənin müdiri Elminaz Nadirova işdən çıxarılıb.

Onun yerinə hələlik təyinat yoxdur.Şöbə müdirinin vəzifələrinin icrası müdir müavini Hafiz Cavadova tapşırılıb.

Qeyd edək ki, E.Nadirova 2015-ci ildə bu vəzifəyə təyin olunub. Yerli KİV-lərdə onun adı kənd məktəblərində şagirdlərə müəyyən formada razılaşma ilə məktəbə gəlmədən davamiyyət və eyni zamanda qiymət yazılması hallarında hallanıb.

Femida.az

Açar sözlər: #Təyinat   #Təhsil   #Müdir  

Oxunub: 3707