Bakıda saxta qızıl zəmanət talonları əhaliyə təqdim edilir - ŞOK İDDİA


17:44     04 İyun 2018 2018/06/signature_1510121389_1528106531.jpg



Space Tv-nin efrində yayımlanan "Olar? Olmaz!" verilişində ötən gün də maraqlı araşdırma tamaşaçılara təqdim edilib. Məlum olub ki, son zamanlar ölkədə kifayət qədər saxta zəmanət talonları mövcuddur. Əhalinin aldadan biznes şirkətləri əlavə pul üçün bu addımı atır. İşə nəzarət edən Azad İstahlakçılar Birliyinin sədri də verilişdə qonaq olub. O iddiaları qəbul edib və bu boşluğun günü gündən artığını vurğulayıb.

Teleaparıcı daha bir maraqlı faktın üstünü açıb. "Qızıl zamanət talonu hər kəsə təqdim edilir. Pul müqabilində. 1 gün sonra telefonda ciddi problem yaranır. Alıcı servisə yaxınlaşır və telefondan imtina etməyə qərar verdiyini qeyd edir. Alıcının fikrini bilən servis əməkdaşı elə orda telefonun araxsına cızıq salaraq "sən bu telefonu cızmısan. Qayatara bilmərik", deyir və alıcını özündən aslı vəziyyətə salır. Bu hallar mövcuddur və hər kəs bilməlidir ki alınan mal 14 gün ərzində geri qaytarıla bilər. Qanun belə deyir!"

Qeyd edək ki veriliş həftə içi hər gün saat 19:50 də şənbə günü 22:40 da yayımlanır. İnformasiya dəstəyi Femida.az saytına məxsusdur.



Açar sözlər: #Video   #Maraqlı   #YoUtube   #hüquq   #kriminal  

Oxunub: 4015