Mixail Qorbaçov xəstəxanaya yerləşdirilib


21:28     28 Sentyabr 2015 rian_01287391.hr.en.jpg


Keçmiş SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov təcili olaraq xəstəxanaya yerləşdirilib.
Femida.az Rusiya KİV-inə istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirildiyini Mixail Qorbaçovun özü də təsdiqləyib.
Məlumata görə, sentyabrın 28-də gecə saatlarında keçmiş prezidentin səhhətində qəflətən problemlər yaranıb və həkimlər onu təcili olaraq xəstəxanaya yerləşdiriblər.
M.Qorbaçov 1931-ci ildə anadan olub.

Açar sözlər:

Oxunub: 1213