Zərdabda oğurluq edən 3 qadın tutuldu
20:00 04 İyun 2018
Zərdabda oğurluq edən qadınlar tutulub.
Femida.az-ın xəbərinə görə, Zərdab rayon Məmmədqasımlı kənd sakini Eyvazov Fuad Əlhəddin oğlu Zərdab rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ötən gün evdə olmadıqları müddətdə pul kisəsində olan 240 manatın, sandıqda olan 5600 manatın, 500 rublun, 1600 dolların, 1 ədəd qızıl boyunbağı və 1 ədəd qızıl üzüyün oğurlandığını bildirib.
Rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Yevlax rayon sakinləri - Nadirova Seyran İsrafil qızı, onun bacısı Nazlı Mahmudova və tanışları Bəkirova Xəzəl Əli qızı tutularaq istintaqa təhvil veriliblər. İlkin dindirmə zamanı məlum olub ki, qadınlar zərərçəkənin fərdi yaşayış evinin giriş qapısının gizlədilmiş açarını taparaq, qapını açma yolu ilə evə daxil olub və oğurluq ediblər.
Faktla bağlı rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Femida.az
Oxunub: 1959
Oxşar xəbərlər
- Zərdabda silsilə oğurluqda şübhəli bilinən 3 qadın və 1 kişi saxlanılıb
- Zərdabda 72 yaşlı kişi intihar edib
- Zərdabda 57 yaşlı kişi intihar edib
- Zərdabda qeyri-adi oğurluq hadisəsi baş verib
- Zərdabda narkotik satışında şübhəli bilinən şəxs saxlanılıb
- Zərdabda evdə baş verən yanğında iki nəfər ölüb
- Zərdabda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
- Zərdabda bir ailənin beş üzvü qəzaya düşüb, qadın ölüb
- Zərdabda karantin rejiminin pozulduğu toy məclisləri aşkarlanıb
- Zərdabda karantinə görə toy sahibləri cərimələnib