Nuridə Allahyarova ilə bağlı TƏYİNAT - Nazirlikdə iş verdilər


21:00     04 İyun 2018 2018/06/nuride_1528117207.jpg

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətində kadr dəyişikliyi edilib.



Femida.az-ın məlumatına görə, Nuridə Allahyarova qurumun mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.


Xatırladaq ki, N.Allahyarova buna qədər Bakı Nəqliyyat Agentliyində, “BakuBus”da mətbuat katibi vəzifələrində çalışıb. Eyni zamanda, Azərbaycan Universitetinin rektorunun müşaviri olub. Daha əvvəllər Vergilər Nazirliyi və Binəqədi rayon İcra Hakimiyyətində çalışıb.

Femida.az

Açar sözlər:

Oxunub: 4142