Nə Messi, nə də Ronaldo - Dünyanın ən bahalı futbolçusu


22:07     04 İyun 2018 2018/06/en-deyerli-futbolcu_1528120193.jpg

CIES Futbol Araşdırmaları Mərkəzinin analitikləri dünyanın ən dəyərli 100 futbolçusunun siyahısını açıqlayıblar.



Femida.az-ın məlumatına görə, sıralamaya “Tottenhem”in hücumçusu Harri Keyn başçılıq edir. Onun transferi 201,2 milyon avro dəyərində qiymətləndirilir.

Keynin ən yaxın izləyicisi PSJ-nin forvardı Neymardı – 195,7 milyon avro. İlk üçlüyü isə braziliyalının komanda yoldaşı Killian Mbappe (186,5 milyon avro) qapayır. “Barselona”lı Lionel Messi (184,2 milyon avro) dördüncü, “Liverpul”un ulduzu Məhəmməd Salah (171,3 milyon avro) beşincidi.

Transferi 103,4 milyon avro dəyərində qiymətləndirilən Kriştiano Ronaldo isə 24-cü sırada qərarlaşıb.

Qeyd edək ki, CIES Futbol Araşdırmaları Mərkəzi oyunçuların dəyərini hesablamaq üçün xüsusi alqoritmdən istifadə edir. Hesablamalar zamanı futbolçuların yaşları, oynadıqları mövqe, milli və klubdakı performansları və qazandıqları uğurlar, o cümlədən çıxış etdikləri daxili çempionatın səviyyəsi kimi amillər nəzərə alınır.

Femida.az

Açar sözlər: #Futbol   #Messi   #Ronaldo  

Oxunub: 1928