Hansı uşaqlara dondurma yemək olmaz? - Pediatrdan XƏBƏRDARLIQ


00:38     05 İyun 2018 sekersiz-dondurma-tarifi.jpg

"Dondurma mövsümü gəldi. Üç yaşa qədər uşaqlara olmaz. Dondurma uşaqlar üçün faydalıdır, amma südə və müxtəlif giləmeyvələrə allergiyası olan uşaqlara vermək olmaz". Bu sözləri pediatr Vaqif Qarayev öz Facebook səhifəsində yazıb.

O bildirib ki, satış şəbəkəsində olan dondurmalara müxtəlif yağlar və aromatizatorlar əlavə edildiyindən həm keyfiyyətsiz olur, həm də allergiya yaradır.

Əriməyən dondurma istəyirdinizsə, buyurun
"Diabetiklərə və kök uşaqlara dondurma vermək üçün həkiminizlə məsləhətləşin. Tez-tez xəstələnən, tez-tez angina və boğaz ağrısı olan uşaqlara çox ehtiyatla dondurma verilməlidir. Belə bir fikir var ki, dondurma angina-filan yaratmır. Amma bu fikir bizim uşaqlar üçün keçərli deyil. Çünki biz yay-qış uşağın boğazını soyuqdan qoruyuruq" deyə həkim qeyd edib.

Həkim bu addımın düzgün olmadığını da qeyd edib. Onun fikrincə, uşaqların boğazı soyuqdan qorunduğu zaman onda boğaz (əsnək) soyuğa və müxtəlif xəstəliktörədicilərə çox həssas olur.

"Ona görə də, belə uşaqlara dondurmanı otaq temperaturunda versək yaxşıdır. Ən xatasız yol – dondurmanı evdə özünüz hazırlayın" — deyə o qeyd edib.

Femida.az

Açar sözlər: #dondurma   #uşaq  

Oxunub: 1559