Yeni AXCP-nin qurultay vaxtı bilindi


21:51     28 Sentyabr 2015 razu%20nurulla2108%20(1).jpeg

Azərbaycanın müxtəlif bölgələrində, eləcə də paytaxtda bir-birinin ardınca konfranslar gerçəkləşdirən AXCP Ehtimad Qurultayı Təşkilat Komitəsinin Qurultay günü bəlli olub.


Qərara alınıb ki, qurultay 18 Oktyabr Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında keçirilsin. Qurultaya bir çox xarici təşkilatların, eləcə də ölkədə fəaliyyət göstərən partiya və təşkilatların nümayəndələri də dəvət olunacaq.

Qurultayın vaxtı heç də təsadüfi seçilməyib, belə ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olunub və bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşub.

Açar sözlər:

Oxunub: 758