Gülər Əhmədovaya deputat pensiyası təyin edildi


01:13     05 İyun 2018 guler%20ehmedovaa.jpg

Sabiq deputat Gülər Əhmədovaya deputat pensiyası təyin olunub.

Femida.az-ın məlumatına görə, bu barədə tanınmış vəkil Adəm Məmmədov öz “facebook” səhifəsində xəbər verib.

ademOnun yazdığına görə, məhkəmənin qərarı ilə Gülər Əhmədovaya əlillik dərəcəsi verilməsinə və pensiya təyin edilməsinə nail olunub: “Hüquqlarını müdafiə etdiyim Milli Məclisinin sabiq deputatı Gülər Əhmədovaya deputat kimi pensiya təyin olunmasına nail olduq. Belə ki, 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarına əsasən Əhmədova Gülər Mikayıl qızına 30.05.2017-ci il tarixdən 2-ci dərəcə əlillik təyin olunması vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə həvalə edilmişdir. Bu qərara görə hakim Elçin Məmmədova təşəkkür edirəm!”

Femida.az

Açar sözlər: #deputat   #məhkəmə   #Gülər_Əhmədova   #vəkil  

Oxunub: 4939