Tbilisidə vəziyyət gərgindir - Tətil davam edir


13:10     05 İyun 2018 2018/06/tbilisi_1528175586.jpg

Tbilisi metropoliteninin maşinistlərinin dünən səhər saatlarından elan etdiyi tətil davam edir.



Femida.az-ın məlumatına görə, gecə saatlarında Tbilisi meri Kaxa Kaladze və maşinistlər arasında keçirilmiş görüş nəticəsiz yekunlaşıb.

Maşinistlərin bildirib ki, şəhər meriyasının rəhbərliyi onların əmək haqlarının artırılması ilə bağlı müzakirələrə 2019-cu ildə başlamağı təklif edib və bu, onlar üçün qəbuledilməzdir.

Metro işçilərinin tətili Qldani deposunda davam edir. Onlardan bəziləri aclıq aksiyasına başlayıb.

Qeyd edək ki, Tbilisi metropoliteninin maşinistləri əmək haqlarının 45% artırılmasını tələb edirlər. Metropolitenin 22 stansiyasının hamısı bağlıdır. Tətillə əlaqədar ictimai avtobuslar sərnişinlərə ötən gündən ödənişsiz xidmət göstərir.

Femida.az

Açar sözlər: #Tblisi   #Metro   #Maaş  

Oxunub: 1410