​“Azərişıq“ qış rejiminə keçir


21:54     28 Sentyabr 2015 b0b99d54-b799-4551-b6bb-63a06c867a1e.jpg

"Azərişıq" ASC Bakı şəhərinin Nəsimi və Nərimanov rayonlarının elektrik təchizatının yaxşılaşdırılması, yeni inşa edilən yüksək mərtəbəli yaşayış binaları, təhsil, tibb, iaşə və digər təyinatlı obyektlərin elektrik enerjisi ilə təmin edilməsi üçün Rəşid Behbudov küçəsində 35/6 kV-luq 2x25 MVA gücündə 87 saylı, Rixard Zorge bağında 35/10 kV-luq 2x25 MVA gücündə 86 saylı müasir tipli, tam qapalı yarımstansiyalar inşa edib.


Qurumdan verilən məlumata görə, yarımstansiyalar digər 35 kV-luq yarımstansiyalarla (117 və 97 saylı) və öz aralarında əlaqələndirilməklə 35 kV-luq dairəvi təchizat sxeminə daxil edilib. Bu məqsədlə, 20 km yaxın 35 kV-luq kabel xətləri çəkilib. Bu da hər hansı yarımstansiyada baş verə biləcək qəza zamanı istehlakçının enerjisiz qalmasının qarşısını alacaq.

Paytaxtın digər ərazisi olan Nərimanov rayonunun Molla Cuma küçəsində 35/10 kV-luq 2x25 MVA gücündə 219 saylı, M. Nağıyev küçəsində 35/6 kV-luq 2x25 MVA gücündə 221 saylı yeni yarımstansiyalar tikilib istismara verilib.

110/35/6 kV-luq 227 saylı (yeraltı), 35/10 kV-luq 215 saylı və “Yurdum Araz” yarımstansiyalarında 2 dövrəli 35 kV-luq kabel xətləri çəkilərək (L=11,4 km) 219 və 221 saylı yarımstansiyalar 35 kV-luq dairəvi elektrik təchizat sxeminə daxil edilib. Bununla da Nərimanov rayonunun böyük bir hissəsinin elektrik təchizatının dayanıqlığı və etibarlılığı təmir olunub.

"Azərişıq" bütün yarımstansiyalarda müasir tipli vakuum və eleqaz avadanlıqların, elektron tipli rele mühafizəsi və avtomatika sisteminin quraşdırıldığını, bu zaman yerli və xarici şirkətlərin istehsalı olan avadanlıq və materiallardan istifadə edildiyini açıqlayıb.

Qurum həmçinin Bakıətrafı kənd və qəsəbələrin elektrik təchizatının yaxşılaşdırılması istiqamətində də ciddi səylər göstərildiyini də qeyd edib. Yerlərdə elektrik enerjisinə artan tələbatın ödənilməsi üçün Bakı-Kürdəxanı yolu üstündə 35/10 kV-luq 2x10 MVA gücündə “Məhəmmədi” yarımstansiyası inşa edilib. Yarımstansiyanın qidalandırılması üçün 110/35/10 kV-luq “Zabrat” yarımstansiyasından ümumu uzunluğu 19 200 metr olan iki dövrəli 35 kV-luq kabel xətti çəkilib. Yarımstansiyanın tikilməsi Zabrat-Kürdəxanı yolu üzərində təhlükəli vəziyyət yaradan müxtəlif gərginlikli hava xətlərini yığışdırılaraq təhlükəsiz kabel xətləri ilə əvəzlənməsi üçün münbit şərait yaradıb. Bu da Bakı və Bakıətrafı ərazilərdə avtomobil yollarında aparılan təmir-abadlıq işləri ilə bilavasitə əlaqədardır. “Məhəmmədi” yarımstansiyasının dayanıqlığını artırmaq üçün 35/6 kV-luq 461 saylı yarımstansiyasından 2 dövrəli 35 kV-luq kabel xətləri çəkilib.

Abşeron rayonun Fatmayı qəsəbəsinin elektrik təchizatının yaxşılaşdırılması üçün 35/6 kV-luq 2x6,3 MVA gücündə “Fatmayı” yarımsatnasiyası inşa edilərək istismara verilib. Yarımstansiyada 6 və 35 kV-luq qapalı paylayıcı qurğular tikilib, müasir tipli eleqaz və vakuum tipli elektrik avadanlıqları quraşdırılıb. Yarımstansiyanın qidalandırılması üçün 110/35/6 kV-luq “Kürdəxanı” yarımstansiyasından 24 600 metr uzunluğunda iki dövrəli 35 kV-luq kabel xətti çəkilib. Ərazidə 6 kV-luq hava elektrik veriliş xətlərinin yığışdırılması üçün 18 000 metrə yaxın kabel xətlərinin çəkilməsi də nəzərdə tutulub.

Bundan başqa enerji paylanmasında keyfiyyətin artırılması üçün bir çox kənd və qəsəbələrdə müasir tipli komplekt transformator məntəqələri quraşdırılaraq istıfadəyə verilib. Yeni güc mərkəzləri həm görünüşcə əvvəlkindən fərqlənir, həm də böyük texniki üstünlüklərə malikdir. KTM-lərin quraşdırılması fərdi yaşayış və bağ massivlərində xeyli sayda şəxsi transformatorların yığıdırılmasına və elektrik təchizatının yaxşılaşdırılmasına səbəb olub. Bu isə istehlakçıların göstərilən xidmətə etibarlarının artmasının nümunəsidir. Hazırda “Azərişıq” tərəfindən Bakı və ətraf rayonların qışa hazırlıq işlərində intensivlik davam etdirilməkdədir. Əsas məqsəd bütün abonentlərin etibarlı, keyfiyyətli və təhlükəsiz elektrik enerjisi ilə təminatıdır.

Açar sözlər:

Oxunub: 732


Oxşar xəbərlər