"Rusiya ilə münasibətlərimizdə çatışmazlıqlar var" - Ermənistan prezidenti


15:55     05 İyun 2018 2018/06/sarksiyan_1528185346.jpg


Ermənistan prezidenti Armen Sarkisyan "Rosiya 24" telekanalına müsahibəsi zamanı əsəbiləşib və Rusiya rəhbərliyinə qarşı narazılığını bildirib.

Femida.az Ermənistan mediasına istinadən xəbər verir ki, o, "Ermənistanda rus dilinə özəl status verilməlidirmi?" sualına əsəbiləşib. Ermənistan prezidenti əksinə, ermənilərin Rusiyada ana dillərindən istədikləri formada istifadə edə bilmədiklərindən şikayətlənib:

“Rusiya Ermənistandakı təsir gücünü artırmaq əvəzinə, Rusiyada yaşayan ermənilərə daha çox diqqət ayırmalıdır. Ermənistan-Rusiya münasibətləri daha da dərinləşməlidir. Orada 3 milyon erməni yaşayır. Onlara şərait yaradılmalıdır ki, öz ana dilindən istifadə etsin, öz məktəblərini qursun və idarə etsinlər.

Münasibətlərimizdə bəzi çatışmazlıqlar var. Mən erməni icmasının Rusiyadakı milli-mədəni və təhsil durumundan məmnun deyiləm. Orada bizim soydaşlarımızın kütləsi çox böyükdür, ancaq lazımınca təmsil olunmur”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Rusiya   #Ermənistan   #siyasət   #Sarkisyan  

Oxunub: 4209