Qida sektorunda ciddi yoxlamalar başlayır - İyulun 1-dən


16:58     05 İyun 2018 2018/06/qida-yoxlama_1528189196.jpg


Qida Təhlükəsizliyi Agentliyi sahibkarların fəaliyyətinin tənzimlənməsində birbaşa iştirak edəcək.


Bu barədə QTA-nın mətbuat xidmətindən məlumat verilib.

"Bu baxımdan sahibkarlara qida zəncirinin bütün mərhələlərində müasir tələblərə uyğun fəaliyyətlərini təşkil etmələri üçün hərtərəfli dəstək göstəriləcək. Cari il iyulun 1-dən öz səlahiyətlərinin icrasına başlayacaq Agentlik tərəfindən respublika ərazisində fəaliyyət göstərən bütün qida subyektlərinin qeydiyyatı aparılacaq, qanunvericiliyə uyğun qaydada monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçiriləcək, ölkə iqtisadiyyatının inkişafını şərtləndirən idxal-ixrac proseslərinin qanunvericiliyə və beynəlxalq standartlara uyğun tənzimlənməsinin təmin edilməsi üçün müvafiq sertifikatlar veriləcək" — deyə qurumdan bildirilib.

"Bunda məqsəd bir tərəfdən dövlət orqanı kimi Agentliyin qanunvericiliklə ona verilmiş səlahiyyətlərinin icrasının həyata keçirilməsidirsə, digər tərəfdən, yerli qida subyektlərinin fəaliyyətinin sağlamlaşdırılmasına, beynəlxalq standartlara uyğun keyfiyyətli məhsul istehsalının və ixracının artırılmasına, nəticə etibarilə, Azərbaycan sahibkarlarının dünya bazarlarına çıxışının davamlı və intensiv xarakter almasına yaxından dəstək vermək, Azərbaycan mənşəli qida məhsullarına beynəlxalq tələbatın artmasına, "Made in Azerbaijan" brendinin nüfuzunun daha da yüksəlməsinə nail olmaqdır" — QTA bəyan edir.

Femida.az

Açar sözlər: #qida   #yoxlama   #agentlik   #iqtisadiyyat  

Oxunub: 1384