Qaydaları pozan 15 əcnəbi saxlanıldı - FOTO


18:33     05 İyun 2018 2018/06/ecnebi-(1)_1528194910.jpg

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qa­nun­suz miqrasiyaya qarşı keçirilmiş təd­bir­lər za­ma­nı 6-sı Pakistan, 6-sı Türkiyə, 2-si Moldova və 1-i Filippin və­­tən­da­şı ol­maq­la, ümu­mi­lik­də 15 nəfər əcnəbi sax­­­la­nıl­ıb.




DMX-dan Femida.az-a verilən məlumata görə, saxlanılmış Pakistan və Moldova vətəndaşlarının Azərbaycan əra­zi­sin­də qanunsuz əmək fəaliyyəti (səyyar ticarət) ilə məşğul ol­duq­ları məlum olub.

Türkiyə və Filippin vətəndaşlarının isə ölkədə miqrasiya (olma və yaşama) qay­da­larını poz­duqları müəyyənləşib.


Saxlanılmış əcnəbilər müvafiq qaydada məsuliyyətə cəlb olunub və barələrində qərarlar qəbul edilib.



Femida.az

Açar sözlər: #Əcnəbi   #Pakistan   #Türkiyə  

Oxunub: 909