Qobustan maşın aşıb - Bir ailənin üç üzvü xəsarət aldı


18:48     05 İyun 2018 dereye%20asib.jpg

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır avtomobil qəzası baş verib.



Femida.az-ın xəbərinə görə, hadisə Qobustan rayonunun “Cəngi” adlanan ərazisində qeydə alınıb. Qobustan sakini, 1998-ci il təvəllüdlü Baloğlanov Teymur Adil oğlu idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən qarşısına çıxan iti vurub və sürücü idarəetməni itirərək avtomobili aşırıb. Hadisə zamanı sürücü Teymur Baloğlanov, həyat yoldaşı 1991-ci il təvəllüdlü Baloğlanova Fəridə Cəbrayıl qızı və anası, 1956-cı il təvəllüdlü Baloğlanova Ziyafət İsa qızı müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobili ilə Qobustan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 839