Bu istiqamətdə "BakuBus"dan istifadə pulsuzdur


20:16     05 İyun 2018 2018/06/34503473_10211482466799089_4859553327018409984_n_(1)_1528201055.jpg

“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus avtobuslar Bakıda keçirilən BMX velosipedi üzrə dünya çempionatı ilə əlaqədar Azneft meydanı-Velopark ekspress marşrutu üzrə hərəkət edir.



MMC-dən Femida.az-a verilən məlumata görə, vətəndaşlar 5-6 iyun tarixlərində saat 7:00-dan 15:50-dək, 7 iyun tarixində saat 8:00-dan 15:50-dək, 8-9 iyun tarixlərində isə saat 15:00-dan 00:40-dək “BakuBus” avtobuslarından istifadə edə bilərlər.

Azneft meydanı-Velopark ekspress marşrutu üzrə hərəkət edən “BakuBus” avtobuslarından istifadə pulsuzdur.

Femida.az

Açar sözlər: #BakuBus   #Azneft  

Oxunub: 3616