“Azərbaycan MDB-də ən yaxşı yollara sahib ölkədir" - İlham Əliyev


22:32     05 İyun 2018 publika.az1419504635prezidentbaxis.jpg


“Region Agropark”ın yaradılması yeni iş yerlərinin açılmasına, ölkədə kənd təsərrüfatının inkişafına və ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verəcək”.

Femida.az “Report”a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 5-də Goranboy rayonunda “Region Agropark”ın açılışında aqroparkın kollektivi ilə görüşündə deyib.

Dövlət başçısı qeyd edib ki, burada yaradılan şərait və gələcəkdə istehsal olunacaq məhsullar idxaldan asılılığı azaltmağa, ixracı isə artırmağa kömək edəcək.

Prezident İlham Əliyev son illərdə Goranboyda sosial layihələrin uğurla icra olunduğunu, ölkədə yeni yolların çəkildiyini diqqətə çatdırıb: “Davos İqtisadi Forumunun reytinqinə görə, Azərbaycan MDB məkanında ən yaxşı yolları olan ölkə seçilib, bu isə böyük nailiyyətdir”.

Femida.az

Açar sözlər: #prezident   #yol   #MDB  

Oxunub: 884