Trampla Inın görüş tarixi açıqlandı


23:45     05 İyun 2018 18_06_05_1528213152.jpg

ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında tarixi sammitə hazırlıqlar tam gücü ilə davam edir.


Femida.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders açıqlama verib.

“Sizə ilkin təqvimi açıqlaya bilərəm. İlk görüş təxminən iyunun 12-də Sinqapur vaxtı ilə səhər saat 9:00-da (Bakı vaxtı ilə 05:00-da) keçiriləcək.

Jurnalistlərdən biri Sandersə Kim Çen Inın ABŞ prezidentinə göndərdiyi məktubun məzmunu haqqında sual versə də, o, bu barədə danışmaqdan imtina edib. Sanders eyni zamanda bildirib ki, ABŞ-hələ ki, KXDR-ə qarşı sanksiyaları ləğv etməyə hazırlaşmır.

Sandersin sözlərinə görə, Şimali Koreya nüvə silahlarından tam azad olana kimi Pxenyana qarşı tətbiq olunan məhdudlaşdırıcı ölçülər qüvvədə qalacaq.

Açar sözlər:

Oxunub: 971