Azərbaycanda biabırçılıq - 2 uşaq anası olan gəlin evində işləyən usta ilə QAÇDI


00:30     06 İyun 2018 2018/01/xeyanet2_1515581146.jpg

Azərbaycanda iki uşaq anası evində işləyən usta ilə qaçıb.


Femida.az xəbər verir ki, Xoşqədəm Hidayətqızının "Səni Axtarıram" verilişinə çıxan ər arvadı Şirinova Ramidə Əli qızını axtardığını söyləyib.

Həyat yoldaşı bildirib ki, 21 apreldə iki uşağımızı götürüb qaçıb: "Gedərkən sənədləri və şəkilləri götürüb. Aramızda heç bir söz-söhbət olmayıb. Qaynatamla bir həyətdə yaşayırıq. Sonuncu dəfə səhər 11-də görüblər".

Veriliş ərəfəsində bəlli olub ki, Ramidə 3-cü dəfədir ki evdən qaçır. Belə ki, Ramidə 2017-ci ilin oktyabrında evində işləyən usta ilə birlikdə Bakıya qaçıb. 3 gün sonra polis Ramidəni tapıb, həyat yoldaşına təhvil verib".

Həyat yoldaşına xəyanət edən qadın da, onu axtaran ər də ekspertlər tərəfindən qınanıb.

Açar sözlər:

Oxunub: 6129