Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək


00:01     29 Sentyabr 2015 723347838.jpg

Milli Məclisin deputatı Mixail Zabelin VI Rusiya-Azərbaycan Regionlararası Forumda iştirak etmək üçün sentyabrın 29-da Rusiya Federasiyasının Yekaterinburq şəhərinə səfər edəcək.


Milli Məclisin mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, tədbirə aidiyyəti nazirlik və dövlət idarələrinin nümayəndələri, biznes qurumlarının, qeyri-hökumət təşkilatlarının təmsilçiləri qatılacaqlar.

Yığıncaqda iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi, sənaye, kənd təsərrüfatı, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediləcək. Forum çərçivəsində müxtəlif mövzularda dəyirmi masalar təşkil olunacaq.

Səfər sentyabrın 30-da başa çatacaq.

Açar sözlər:

Oxunub: 566