Qarabağa qanunsuz turist səfərinin qarşısı alındı
14:25 06 İyun 2018
Polşada Azərbaycanlı Gənclər Şurası (PAGŞ) və onun nəzdində fəaliyyət göstərən Varşava Azərbaycanlılar Birliyi (VAB), Vroçlav Azərbaycanlılari Birliyi (VAB), Katoviçe Azərbaycanlılar Birliyi (KAB) və Lodz Azərbaycanlılar Birliyi Polşada fəaliyyət göstərən “Adventure Club Radoslaw Kasprzak” turizm şirkətinin Dağlıq Qarabağa təşkil etdiyi turist səfərinə ciddi etiraz edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Femida.az-a verilən məlumata görə, Azərbaycanın işğal olunmuş ərazilərinə təşkil edilən qeyri-qanuni səfər təxirə salınıb. Problemin aradan qaldırılmasında Azərbaycanın Polşadakı səfirliyinin böyük rolu olub.
Bu barədə açıqlama verən PAGŞ-ın nümayəndələri bildiriblər ki, Polşada yaşayan azərbaycanlılar bu məsələdə çox böyük həmrəylik göstəriblər və bundan sonra da yolumuza əmin addımlarla davam edib, Polşa ictimaiyyətinə tarixi həqiqətləri çatdıracağıq.
Qeyd edək ki, “Adventure Club Radoslaw Kasprzak” şirkəti Azərbaycanın Polşadakı Səfirliyinə Dağlıq Qarabağa nəzərdə tutulan səfərlərin ləğvinə dair rəsmi məlumat verib.
Femida.az
Oxunub: 1041
Oxşar xəbərlər
- "Qarabağ"ın oyununa 300 bileti baha qiymətə satmağa çalışan 7 nəfər saxlanılıb
- Ərdoğan Qarabağdakı son vəziyyətdən danışıb
- Ermənilər dünən Qarabağda nə qədər itki verib? - Yeni rəqəmlər
- ABŞ Qarabağla bağlı narahatlığını bildirib
- "Qarabağ" bu gün ilk yoxlama oyununu keçirəcək
- Qarabağda iki su anbarı tikiləcək
- Rusiya vətəndaşı olan qadın Qarabağda itkin düşüb
- "Qarabağ" 9-cu dəfə Azərbaycan çempionu olub
- Qarabağda daha 13 kənddə yaşayış məntəqələrinin salınmasına başlanılır
- Latviya Qarabağdakı minatəmizləmə işlərinə dəstək verəcək