Sədrdən vəkillərə XƏBƏRDARLIQ: "Bir də belə hal yaşansa..."


15:33     06 İyun 2018 anar%20287.jpg


Xəbər verdiyimiz kimi bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin geniş iclası keçirilib.


Femida.az xəbər verir ki, Kollegiyanın sədri Anar Bağırov növbətçilik prinsipini pozan bəzi vəkillərə ciddi xəbərdarlıq edib.

"Bəzən olur ki, növbədə olan vəkili tapa bilmirik. Gah nömrəsinə zəng çatmır, gah da özünü tapa bilmirik. Mən buradan həmin vəkillərə ciddi xəbərdarlıq edirəm. Əgər bir daha belə hal yaşansa, ciddi tədbirlər görüləcək", - deyə sədr bildirib.



Mircəlal Məcidli
Femida.az

Açar sözlər: #Məhkəmə   #vəkil   #kollegiya   #iclas   #hüquq   #femida  

Oxunub: 2507