89 nəfər and içdi - Vəkil oldu


15:47     06 İyun 2018 2018/06/34415225_1732747586802368_4717618174147690496_n_1528272290.jpg

Bu gün Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, yerli və beynəlxalq təşkilatların və KİV nümayəndələrinin iştirakı ilə keçirilən iclasda ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vurmuş 89 nəfər vəkilliyə namizədin andiçmə mərasimi keçirilib.


Femida.az xəbər verir ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbirdə çıxış edərək hüquqi dövlətdə vəkillik təsisatın rolunun məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər baxımından əhəmiyyətini xüsusi qeyd edib.

Daha sonra, peşəyə buraxılan 89 nəfər vəkilliyə namizəd qanunvericilklə nəzərdə tutulmuş qaydada vəkil andı içib, onlara yeni nəsil Vəkillər Kollegiyası üzvünün vəsiqəsi təqdim edilib.









Mircəlal Məcidli
Femida.az

Açar sözlər: #Məhkəmə   #vəkil   #kollegiya   #iclas   #hüquq   #femida  

Oxunub: 5373