Qonşusunun evindən 1300 manat oğurladı


16:20     06 İyun 2018 maska_ogru_0489.jpg

Bakıda qonşusunun evindən 1300 manat pul oğurlayan şəxs saxlanılıb.



Femida.az-ın DİN-ə istinadən verdiyi xəbərə görə, iyunun 2-də gecə saatlarında, Nərimanov rayonunda yaşayan Asəf Nuruşov K.Rəhimov küçəsində xidmət aparan Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşlarına yaxınlaşaraq evinə naməlum şəxsin oğurluq məqsədi ilə daxil olduğunu bildirib və polislərdən kömək istəyib.

Polislər dərhal oğurluq niyyəti ilə evə daxil olmaqda şübhəli bilinən şəxsi saxlayaraq Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə təhvil veriblər. Şöbədə həmin şəxsin Zəngilan rayon sakini Sahil Mahmudov olduğu müəyyən edilib. Onun üzərindən mənzildən oğurladığı 1300 manat pul aşkar olunub/

Saxlanılan şəxs ifadəsində zərərçəkənin qonşusu olduğunu və oğurluq məqsədi ilə mənzilə daxil olduğunu etiraf edib. Qeyd edilən faktla bağlı başlanan araşdırmalar və müvafiq istintaq tədbirləri davam etdirilir.

Femida.az

Açar sözlər: Oğru   Cinayət   Həbs   Zəngilan  

Oxunub: 1095