Qərbi Azərbaycanda silahlı toqquşma baş verdi


17:12     06 İyun 2018 2018/06/iran-serhed_1528275508.jpg

İranın Qərbi Azərbaycan Vilayətində Sərdəşt bölgəsində bir qrup terrorçu ilə sərhəd xidmətinin əsgərləri arasında silahlı toqquşma baş verib.


AZƏRTAC xəbər verir ki, gecə saatlarında baş verən insidentdə iki nəfər sərhədçi həlak olub. İlkin məlumatlara görə, silahlı qruplaşma qanunsuz olaraq İranın dövlət sərhədini pozaraq ölkəyə daxil olmağa çalışıblar. Lakin sərhədi pozarkən sərhədçilərin müqavimətinə rast gəliblər.

Hadisə yerinə əlavə qüvvələr göndərilib. Həlak olanların cəsədləri ekspertizaya göndərilib. Sərhəd pozanların kimliyi və hansi terror qruplaşmasına mənsubiyyəti və məqsədləri araşdırılır.

Femida.az

Açar sözlər: İran   Sərhəd  

Oxunub: 952