Xəzərin ədalətli bölgüsü baş tutacaqmı? - Gələn ay müqavilə imzalana bilər
18:16 06 İyun 2018
“Xəzəryanı ölkələr avqustda keçiriləcək sammitdə Xəzərin hüquqi statusuna dair konvensiyanın qəbulu məsələsi üzərində işləyir”.
Femida.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya xarici işlər nazirinin müavinin Qriqori Karasin bu gün Dövlət Dumasında çıxışında deyib.
Onun sözlərinə görə, hazırda tərəflər (Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan) arasında intensiv iş aparılır.
"Xəzərin hüquqi statusuna dair konvensiyanın hazırlanması üçün xüsusi işçi qrup yaradılıb. İşçi qrup bir sıra mübahisəli, aydın olmayan məsələlərin həlli ilə məşğuldur. Konvensiyanın qəbulu bir çox suallara cavab tapmağa, o cümlədən resursların istifadəsinə dair mübahisələrin həllinə imkan verəcək", - deyə Q. Karasin bildirib.
O deyib ki, "Xəzər beşliyi"nin sammitinin bu ilin avqust ayında Qazaxıstanda keçirilməsi planlaşdırılır: "Biz bütün tərəflərlə konvensiyanın növbəti sammitdə qəbul olunmasına ciddi hazırlaşırıq”.
Qeyd edək ki, ötən gün Qazaxıstan prezidenti Nursultan Nazarbayev Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin Qazaxıstanın Mangistau vilayətinin inzibati mərkəzi olan Aktau şəhərində keçiriləcəyini açıqlayıb.
Femida.az
Oxunub: 2051
Oxşar xəbərlər
- Xəzərdə dalğanın hündürlüyü 2,4 metrə çatıb - FAKTİKİ HAVA
- Xəzər dənizində batan gəncin meyiti tapılıb
- Xəzərin sahilindəki istirahət mərkəzlərindən biri cərimələnib
- Xəzər rayonunda avtomobil piyadanı vuraraq öldürüb
- Rusiya bu gün Kiyevi Xəzər dənizindən ən bahalı raketi ilə atəşə tutub
- Bakının Xəzər rayonunda neft oğruları peyda olub
- Xəzərdə dalğanın hündürlüyü 3,6 metrə çatıb - FAKTİKİ HAVA
- Dağlara qar yağıb, Xəzərdə dalğanın hündürlüyü 5.2 metrə çatıb
- Xəzərin Azərbaycan sektorunda 6 ədəd gəmi minası aşkarlanıb, hərəkət dayandırılıb
- Xəzərdə “Azərsu”nun 640 min manatlıq əmlakını oğurlayan şirkət rəhbərlərinə hökm oxunub