Şirkət rəhbəri 3000 manat cərimələndi
19:41 06 İyun 2018
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Nərimanov rayonu, Araz küçəsi 3 ünvanında fəaliyyət göstərən müəssisə tərəfindən havaya qara tüstü atılması ilə bağlı daxil olan şikayət nazirliyin mütəxəssisləri tərəfindən yerində araşdırılıb.
ETSN-nin mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, araşdırma zamanı havaya tullantıların sözügedən ərazidə fəaliyyət göstərən “Buz Metal” MMC tərəfindən atıldığı müəyyən edilib.
Atmosfer havasından nümunələr götürülərək analizlər aparılıb və nümunələrdə zərərli maddələrin miqdarının artıq olduğu məlum olub.
Faktla bağlı MMC-nin direktoru Məmməd Ələkbərov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində İnzibati Xətalar Məcəlləsinə əsasən 3000 manat məbləğində cərimə olunub. Qanun pozuntusunun aradan qaldırılması üçün MMC-yə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Femida.az
Oxunub: 1067
Oxşar xəbərlər
- Şirkətin pulunu mənimsəyənlərə cinayət işi açılıb
- Şirkət əməkdaşının minaya düşməsi faktı ilə bağlı cinayət işi başlanılıb
- Şirkətin vəzifəli şəxslərinə cinayət işi açıldı
- Şirkət rəhbərinə cinayət işi açıldı
- Şirkət işçisini öldürənlərin məhkəməsi başlayır
- Şirkətdə ölüm hadisəsi baş verib
- Şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildi
- Şirkət rəhbərinin korrupsiya əməlləri ifşa edildi
- Şirkətlərin və sahibkarların bu cərimələri ləğv edilir
- Şirkət əməkdaşının törətdiyi yol qəzası ilə bağlı cinayət işi başlanıldı