Azərbaycan üçün növbəti sel təhlükəsi


22:47     06 İyun 2018 18_06_06_1528292909.jpg


Yaxın günlər ərzində gözlənilən leysan yağışlarla əlaqədar ölkənin bəzi dağ çaylarından yenidən selin keçəcəyi gözlənilir.

Bunu özəl olaraq Femida.az
A.Verdiyevin sözlərinə görə, iyunun 7-si gündüzdən iyunun 11-dək ölkədə qeyri-sabit hava şəraiti müşahidə ediləcək. Bununla əlaqədar ölkənin əksər çaylarında sululuğun artımı, dağ çaylarından, xüsusilə Böyük və Kiçik Qafqazda çaylardan qısamüddətli selin keçəcəyi gözlənilir.

O qeyd edib ki, əsasən, Balakən, Şəki, Oğuz, Qəbələ və İsmayıllının bəzi çaylarından qısamüddətli sel keçəcək. Bir necə gün əvvəl selin keçdiyi Göyçay çayında da yenidən qısamüddətli selin keçəcəyi istisna edilmir.

Baş hidroloq əlavə edib ki, selin, əsasən, iyunun 8-də axşam, iyunun 9-da gecə və səhər keçəcəyi gözlənilir.

A.Verdiyev əlavə edib ki, 2018-ci il başlayandan indiyədək Azərbaycandakı çaylarda 9 daşqın və sel hadisəsi olub.

Xatırladaq ki, iyunun əvvəlində Göyçayda sel suları nəticəsində avtomobil və piyada körpüləri dağılıb, İsmayıllıda isə güclü yağışlar evlərə və əkin sahələrinə ziyan vurub.

Femida.az

Açar sözlər: #sel   #ekologiya  

Oxunub: 1062