Keçmiş müstəntiq məhkəməyə verildi - Yenidən


23:31     06 İyun 2018 mehkeme7.jpg

Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqi Müşfiq Abbasova qarşı qaldırılmış iddia üzrə məhkəmə prosesi başlayıb.

Zərərçəkmiş Vüqar Bəkirovun APA-ya verdiyi xəbərə görə, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesə sədrlik edən hakim Samir Məmmədov bildirib ki, iddiada qeyd olunan cinayətin baş verdiyi yer Yasamal rayonu ərazisi olduğuna görə, iş bu məhkəməyə aid deyil.

Ona görə də işin Yasamal Rayon Məhkəməsinə göndərilməsinə qərar verilib.

Zərərçəkmiş şəxslərin iddiasına görə, M. Abbasov mətbuatda Vüqar Bəkirov, Elmira Məmmədova, Aygün Kərimova, Zəminə Məhərrəmovanı cinayətdə ittiham edib.

Buna görə də zərərçəkmiş şəxslər M. Abbasov barəsində Cinayət Məcəlləsinin 147.2. (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cinayət işinin başlanmasını istəyiblər.

Qeyd edək ki, Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi Müşfiq Abbasov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178-ci (dələduzluq) maddələr ilə cinayət işi başlanıb.

Səbail Rayon Məhkəməsinin qərarı ilə M. Abbasov barəsində 3 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.

Femida.az

Açar sözlər: Hökm   Hakim   Mühakimə   Vəkil  

Oxunub: 1944