58 yaşlı kişi özünü asıb - Qusarda İNTİHAR


00:57     07 İyun 2018 intihar5.jpg

Qusar rayonu ərazisində intihar faktı qeydə alınıb.

Femida.az-ın verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında rayonun Həzrə kəndində baş verib. Kənd sakini 1960-cı il təvəllüdlü Quliyev Əlirza Mirzə oğlu özünü həyətyanı sahəsində ağacdan asaraq intihar edib. Onun meyiti anası tərəfindən aşkar edilib.

İntihar edən şəxsin spirtli içkilərə aludə olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər: Qusar   İntihar   Polis   Ağac  

Oxunub: 1449