Ukraynalı qadın Bakıda itkin düşdü


15:06     07 İyun 2018 Itkin%20glin.jpg

Bakıda kirayədə yaşayan Ukrayna vətəndaşı olan gənc qadın əkiz oğlanları ilə birlikdə itkin düşüb.


Femida.az-ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Bakının Binəqədi rayonunda kirayədə qalan Ukrayna vətəndaşı 1990-cı il təvəllüdlü Viktoriya Mixaylovna əkiz övladları - Türkiyə vətəndaşları 2018-ci il təvəllüdlü Mehmet Yılmaz və Furkan Yılmazla birlikdə evdən çıxıb və geri qayıtmayıb.

Binəqədi Rayon Polis Idarəsi onların axtarışlarını aparır.

Açar sözlər: #Bakı   #Binəqədi   #itkin  

Oxunub: 1293