Saxta pul dəyişmək istəyən kişi tutuldu


15:27     07 İyun 2018 saxta%20pullar.jpg

İyunun 6-da Qazax rayonunun Kosalar kənd sakini S.Pənahov Rayon Polis Şöbəsinə müraciət edərək həmin gün şəhər bazarında naməlum şəxsin ona verdiyi 400 avronu manata dəyişdiyini, sonradan isə həmin pulun saxta olduğunu aşkar etdiyini bildirib.



DIN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, həmin əsginaslar ekspertizaya təqdim olunub.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə saxta pul mübadiləsində şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən Şıxlı kəndinin ərazisində saxlanılıb.

Araşdırmalarla onun Tovuz rayon sakini Etibar Məmmədli olduğu müəyyən edilib.

Faktla bağlı Qazax RPŞ-də araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Saxta   #Pul   #Polis   #Əməliyyat  

Oxunub: 955