Paşinyan: "İlham Əliyevlə danışıqlara hazıram"


18:32     07 İyun 2018 2018/05/pasinyan-1_1525855227.jpg


Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlara hazır olduğunu bildirib.

Paşinyan ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar aparmaq istədiyini, buna qədər isə effektivliyin artırılması üçün hər şeyi etmək lazım olduğunu vurğulayıb.

Ermənistan prezidenti, həmçinin daha əvvəl əldə edilən razılaşmalara əməl edilməsinin vacibliyini qeyd edib.

Digər tərəfdən isə bu gün Ermənistan parlamentinin xüsusi iclasında baş nazir Nikol Paşinyan yeni hökumətin proqramını açıqlayıb.

Proqramda göstərilib ki, hökumətin xarici siyasətdə əsas məqsədi Ermənistanın müstəqilliyinin müdafiə və Qarabağın təhlükəsizliyinin təmin olunmasıdır.

Bununla yanaşı, Ermənistan Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı məsələsini də proqrama daxil edib.

Beləliklə, Ermənistan münaqişə zonasında müharibəyə səbəb olacaq məsələni rəsmiləşdirmiş oldu. Ekspertlər yeni baş nazir Nikol Paşinyanın Qarabağla bağlı bu populist addımının cəbhədə toqquşmaya səbəb olacağını hesab edirlər.

Femida.az

Açar sözlər: #Paşinyan   #siyasət   #Qarabağ   #İlham_Əliyev  

Oxunub: 1878