İlham Əliyev onların da maaşını artırdı
18:57 07 İyun 2018
Mərkəzi Seçki Komissiyası (MSK) üzvlərinin aylıq vəzifə maaşları artırılıb.
Femida.az-ın məlumatına görə, prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 yanvar tarixli 1893 nömrəli Sərəncamında dəyişiklik edilməsi bərədə” sərəncam imzalayıb.
Sərəncama əsasən MSK sədrinin aylıq vəzifə maaşı 1855 manatdan 2040 manata, MSK sədrinin müavininin aylıq vəzifə maaşı 1720 manat manatdan 1895 manata, MSK katibinin aylıq vəzifə maaşı 1275 manatdan 1405 manata qaldırılıb. MSK üzvlərinin aylıq vəzifə maaşı isə 1280 manat olub. İndiyə qədər MSK üzvləri 1160 manat aylıq vəzifə maaşı alıblar.
Femida.az
Oxunub: 2936
Oxşar xəbərlər
- Ukrayna Prezident Ofisi "Amnesty International"ı sərt tənqid edib
- Prezident İlham Əliyev Azərbaycan və Litva arasında imzalanan sazişi təsdiqləyib
- Prezident İlham Əliyev özbəkistanlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Şri-Lankada etirazçılar prezident iqamətgahını ələ keçirib
- Prezident İlham Əliyev Cozef Baydenə məktub göndərib
- Bu şəxslər pensiyaya 5 il tez çıxacaq – Prezident Qanunu təsdiqlədi
- Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb
- Prezident “Kəlbəcər-1” kiçik SES-in açılışında iştirak edib