"Ciddi islahatlar aparılmalıdır" - Nazirdən XƏBƏRDARLIQ


20:06     07 İyun 2018 2018/05/sahil_1526110039.jpg


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi məsələlərinin müzakirəsi, bu sahədə qarşıda duran vəzifələrin müəyyən olunması məqsədilə müşavirə keçirib.

Bu barədə Femida.az-a nazirlikdən məlumat verilib.

S.Babayev Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkədə yeni iş yerlərinin açılmasının daimi xarakter aldığını, əhalinin məşğulluq səviyyəsinin artdığını, əmək bazarında sabitlik və inkişaf tempinin mövcud olduğunu vurğulayıb.

Nazir eyni zamanda, əmək bazarında qanunvericiliyin icrasına nəzarət, işçi hüquqlarının təminatı prinsiplərinin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Bu istiqamətdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin hazırda tələb olunan səviyyədə olmadığını qeyd edən S.Babayev bildirib ki, ilk növbədə əmək müfəttişliyi sistemində, məmur-sahibkar münasibətlərində şəffaflıq tam təmin edilməli, korrupsiyaya şərait yaradan halların qarşısı alınmalı, vətəndaş müraciətlərinin hər biri ilə bağlı qısa vaxtda, operativ araşdırmalar aparılmaqla nəticəsinə əsasən qanunauyğun tədbirlər görülməli, bu sahədə süründürməçilik hallarına yol verilməməlidir.

Femida.az

Açar sözlər: #sosial   #əəsmn   #Sahil_Babayev   #əmək  

Oxunub: 1396