Astara İcra Hakimiyyətində yeni təyinat


20:14     07 İyun 2018 2018/06/Capture_1528373670.jpg


Qızbəs Məmmədova Astara Rayon İcra Hakimiyyəti başçısının müavin təyin edilib.

Femida.az-ın "Report"a istinadən məlumatına görə, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bununla bağlı müvafiq əmr imzalayıb.

O həmçinin Astara RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini də yerinə yetirəcək.

Qeyd edək ki, Q.Məmmədova bu təyinatadək 2004-cü ildən Astara rayon Təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb.

Açar sözlər: #Astara   #icra   #başçı   #təyinat  

Oxunub: 6435