Nərimanov heykəli yaxınlığında yanğın - FHN məlumat yaydı


20:29     07 İyun 2018 2018/06/agacliq-yanir_1528374644.jpg

Bakının mərkəzində ağaclıq ərazidə yanğın olub.


Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən Femida.az-a verilən məlumata görə, hadisə Yasamal rayonunda, Nəriman Nərimanovun heykəlinin ətrafındakı ağaclıqda baş verib.

Hadisə nəticəsində ərazidəki kol-kos yanıb.

FHN-nin yanğınsöndürmə briqadası tərəfindən yanğının qarşısı alınıb və tam söndürülüb.

***

Femida.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda, Nəriman Nərimanovun heykəlinin yaxınlığında qeydə alınıb. Ağaclıq ərazidə baş verən yanğının söndürülməsinə iki yanğınsöndürən maşın cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 2295