Bu bələdiyyələrin birləşdirilməsi təklif edilir


22:57     07 İyun 2018 18_06_07_1528376877.jpg

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun növbəti elmi seminarı keçirilib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən seminarda Xanım Osmanova “Abşeron iqtisadi coğrafi rayonunda bələdiyyələrin fəaliyyətinin inkişaf istiqamətləri və ərazi təşkilinin transformasiyası” mövzusunda məruzə edib.

Tədqiqatçı bildirib ki, qanunda göstərilən səlahiyyətlərin böyük əksəriyyəti onlara verilmədiyindən Azərbaycandakı bələdiyyə bölgü sistemi yerlərdə iqtisadi və sosial problemlərin həllində gücsüzdür: “Mövcud qanunvericiliyə görə onlar problemlərin həlli üçün tələb olunan maliyyə ehtiyatlarına malik deyillər. Ərazisi kiçik, əhalisinin sayı az olan bələdiyyələrin birləşdirilməsi və fəaliyyət göstərən iri təsərrüfat obyektlərindən yığılan vergilərin bir hissəsinin bələdiyyələrə verilməsi zəruridir”.

X. Osmanova əhalinin 2020 və 2025-ci illərdəki sayını hesablayıb. Bu metodun tətbiqi ilə Abşeron iqtisadi rayonunda (Bakı şəhəri nəzərə alınmadan) əhalinin və işsiz statusuna malik olanların sayını müəyyənləşdirib.

Femida.az

Açar sözlər: #bələdiyyə   #Azərbaycan  

Oxunub: 1694