"Nənəmin təndiri"ndəki atışmaya görə 12 İL HƏBS


21:22     07 İyun 2018 hebs%20omur.jpg

"Nənənim təndiri" restoranında baş vermiş silahlı insidentdə təqsirləndirilən Xəyyam Səfixanov, Murad Həsrətov, Tunar Nağızadə, Emin Əliyev və İlham Ramazanovun barələsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.



Femida.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarına əsasən Xəyyam Səfixanov, Murad Həsrətov, Tunar Nağızadə, Emin Əliyevin hər birinə 2 il 6 ay və İlham Ramazanovun isə 1 il 1 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər.

Qeyd edək ki, hadisə ötən il yanvarın 7-də Nərimanov rayonu Fətəli zan Xoyski küçəsi 134 ünvanında yerləşən "Nənəmin Təndiri" restoranın yaxınlığında baş verib.

Əraziyə toplaşan şəxslərin mübahisəsi zamanı odlu silahlardan istifadə olunub.

İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparan zaman "Makarov" tipli tapançaya məxsus gilizlər aşkar ediblər.

Daha sonra X.Səfixanov, M.Həsrətov, T.Nağızadə, E.Əliyev və İ.Ramazanov saxlanılaraq, barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hadisə iştirakçılarının kriminal aləm üzvü olduğu bildirilir.

Həmin şəxslər Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) 234-cü (narkotik) maddəsi ilə ittiham olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 1455


Oxşar xəbərlər