Azərbaycanda partiya sədri azadlığa buraxıldı


21:58     07 İyun 2018 2018/06/e3aa564ddd0f3f5cc8e7743823057c90_1528378913.jpg

"Azərbaycan Karlar Cəmiyyəti"nin sədr müavini Musa Tukanov barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə M.Tukanova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, vətəndaşların müraciətləri əsasında Musa Tukanov barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb və o, istintaqa təqsirləndirilən şəxs qismində cəlb edilib. Daha sonra M. Tukanov barəsində həbs qətimkan tədbiri seçilib.

M.Tukanov paralel olaraq Azərbaycanda fəaliyyəti olmayan Vahid Kommunist Partiyasının sədri vəzifəsini daşıyıb.

O rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilib.

Femida.az

Açar sözlər: Partiya   Sədr   Cinayət   Məhkəmə  

Oxunub: 1196