Ağacları kəsib yeşik hazırlayırdı - CƏRİMƏLƏNDİ


13:32     08 İyun 2018 2018/06/yesik_1528436555.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib.



Nazirlikdən Femida.az-a verilən məlumata görə, Xaçmaz rayonu ərazisində keçirilən reyd zamanı Çinartala kəndi ərazisində Zeynəddin Daşdəmirova məxsus yeşik hazırlanan sexdə qanunsuz yolla əldə edilmiş 4,1 kub.m həcmində fıstıq cinsli meşə materialı aşkar edilib.

Faktla bağlı sexin sahibi barəsində akt tərtib edilib və ona təbiətə dəyən 709 manat məbləğində cərimə tətbiq olunub.

Femida.az

Açar sözlər: Ağac   Ekologiya   Cərimə  

Oxunub: 1880