1 ayda 820 min müraciət daxil olan nazirlik hansıdır? - Açıqlandı

1 ayda 820 min müraciət daxil olan nazirlik hansıdır? - Açıqlandı


14:33     08 İyun 2018 sd7j84it0h80ofg1eim3rg9nc4emek-ve-sosial-mudafie-nazirliyi.jpg


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə ötən ay 820 352 müraciət qeydə alınıb.


Nazirlikdən Femida.az-a verilən xəbərə görə, bu göstərici ilə nazirlik “Elektron Hökumət” portalında e-xidmətlərinə ən çox müraciət edilən qurum olub. Ümumilikdə may ayında portal vasitəsilə edilən müraciətlərin ümumilikdə 43 faizini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə aid müraciətlər təşkil edib.

Son bir ayda “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” (366 331 müraciət), “İş yerinə dair arayış” (59 475 müraciət), “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” (46 535 müraciət), “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” (39 546 müraciət), “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” (29 122 müraciət), “Pensiya kalkulyatoru” (27 669 müraciət) və s. kimi e-xidmətlər daha çox maraq dairəsində olub.

Bundan başqa “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi”, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Sığortaolunanın onlayn uçota alınması”, “Sığortaolunanlara məlumatların verilməsi” və digər e-xidmətlərdən istifadə olunub.

Hazırda nazirlik tərəfindən əhaliyə 28 adda e-xidmət göstərilir. Həmin e-xidmətlər nazirliyin fəaliyyət sahələri üzrə dövlət xidmətlərinin şəffaf şəkildə təqdim edilməsinə və daha əlçatan olmasına, bu sahələrdə məmur-vətəndaş təmasının minimal səviyyəyə enməsinə imkan verib.

Femida.az

Açar sözlər: #Əhali   #Müraciət   #Nazirlik  

Oxunub: 1256