Fermerlərə dövlət dəstəyi şəffaf yolla verilməlidir - Nazir
15:35 08 İyun 2018
"Azərbaycan Dövlət Aqrar Universitetinin fəaliyyəti təkmilləşdiriləcək".
Femida.az-ın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağında çıxışı zamanı kənd təsərrüfatı naziri İnam Kərimov deyib. O bildirib ki, universitetinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində beynəlxalq təcrübə öyrəniləcək.
Nazirin sözlərinə görə, Azərbaycanda dövlət tərəfindən fermerlərə dəstək göstərilir: "Dövlət tərəfindən fermerlərə verilən dəstək mütəşəkkil, şəffaf və innovativ yolla həyata keçirilməlidir. Bu, bizim əsas məqsədimizdir".
İ. Kərimov qeyd edib ki, aqrar sahənin inkişafı üçün kəndli və fermerlərə yaxınlıq, kənd təsərrüfatı sahəsində səmərəli idarəçilik və beynəlxalq təcrübənin tətbiqi əsas götürülüb.
Nazir AMEA və Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən birgə elmi araşdırmaların aparılmasının zəruriliyini vurğulayıb. O əlavə edib ki, birgə aparılacaq elmi araşdırmaların nəticələri əsasında kənd təsərrüfatı sahəsində kompleks tədbirlər həyata keçirilə bilər.
Femida.az
Oxunub: 1614
Oxşar xəbərlər
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
- Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı olub
- Müdafiə naziri Azərbaycan Ordusuna istənilən təxribatın qarşısını almağa daim hazır olmağı əmr edib
- Müdafiə Nazirliyi ermənilərdən azad olunan yüksəkliklərin adını açıqlayıb
- Elm və təhsil naziri: "İnstitutlarda çalışan alimlərin ixtisarından söhbət getmir"
- Nazir Cavid Məmmədovu bu rayona rəis təyin etdi
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Nazir: "İlin sonunadək elektron xidmətlərin növlərinin sayı 150-yə çatdırılacaq"