Bakı-Şamaxı yolunda ağır qəza - FHN məlumat yaydı


16:29     08 İyun 2018 2018/06/15157-1528446218_1528446624.jpg

Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonunun Mirikənd kəndində “Mercedes” markalı minik avtomobili və “Ford” markalı mikroavtobus toqquşub. Qəza zamanı mikroavtobusda xəsarət alan 1 nəfər (sərnişin) köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri həmin şəxsi müvafiq qaydada mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər: #Şamaxı   #nəqliyyat   #yanğın   #mikroavtobus  

Oxunub: 1951