Bu, dövlətin diqqətindədir - Nazirlikdən fermerlərə müraciət


18:07     08 İyun 2018 2018/06/zulfuqar_1528450310.jpg

Ərzaq təhlükəsizliyi ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Bu, ərzaq istehsalçıları qarşısında mühüm vəzifələr qoyur.


Femida.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Taxıl Fondunun idarə rəisi Zülfüqar Məmmədov “Dövlət Taxıl Fondu üçün bu il ölkədə istehsal olunan keyfiyyətli buğdanın tədarükünə dair elanla" əlaqədar keçirilmiş mətbuat konfransında deyib.

O bildirib ki, ərzaqlıq üçün taxıl bitkisinin əhəmiyyəti böyükdür:

"Hazırda 4 aqropark fəaliyyətə başlayır. 119 min hektar sahədə əkin-biçin işləri başlıyıb. Taxıl strateji əhəmiyyətə malikdir. Bu səbəbdən də bu sahə daim dövlətin diqqətindədir. Hazırda ölkədə arpa biçilir. Biz bunu nəzərə alaraq tez elan verdik ki, buğda biçini vaxtı fermerlər hara müraciət edəcəklərini bilsinlər".

Z.Məmmədov onu da əlavə edib ki, taxılçılıq sahəsində dövlət proqramına dair tapşırıq verilib və bu istiqamətdə işlər aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1319